<b>Trampdan yeni bəyanat: </b>"İsraillə Fələstin sülh danışıqlarına başlayır"
03 may 2017 21:11 (UTC +04:00)

Trampdan yeni bəyanat: "İsraillə Fələstin sülh danışıqlarına başlayır"

0

ABŞ prezidenti Donald Tramp İsraillə Fələstin arasında sülh razılaşması üzrə danışıqların başlandığını bəyan edib.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu ABŞ dövlət başçısı Fələstin lideri Mahmud Abbas ilə görüşündə bəyan edib.

 

“Biz baş nazir Benyamin Netanyahu başda olmaqla bir sıra nüfuzlu İsrail nümayəndələri, həmçinin Fələstin liderləri ilə danışıqlar aparmışıq. Biz sülhə gətirəcək prosesə start veririk. Ümid edirəm ki bu proses uğurla nəticələnəcək”, deyə D.Tramp bildirib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 290

Oxşar yazılar