[b]Tramp seçkilərdəki pozuntulardan yazdı[/b]
28 noyabr 2016 07:01 (UTC +04:00)

[b]Tramp seçkilərdəki pozuntulardan yazdı[/b]

ABŞ-da prezident seçkiləri zamanı üç ştatda ciddi pozuntulara yol verilib.

 

APA-nın xəbərinə görə, bu barədə ABŞ-ın yeni seçilən prezidenti Donald Tramp özünün “Tvitter”ində yazıb.

 

“Virciniya, Nyu-Hempşir və Kaliforniyada ciddi pozuntulara yol verilib. Bəs nəyə görə KİV-lər bu barədə yazmır? Bu kimi təhrif - böyük bir problemdir”, Tramp qeyd edib.

 

Seçkilərin nəticələrinə görə, adıçəkilən ştatlarda Trampın rəqibi Hillari Klinton qalib gəlib. Bundan əvvəl Tramp milyonlarla seçicinin qeyri-qanuni olaraq Klintona səs verdiyini bəyan edib.

 

Qeyd edək ki, Yaşıllar Partiyasının namizədi Cil Stayn Viskonsin ştatında seçici səslərinin yenidən sayılmasına dair seçki komissiyasına müraciət edib. Donald Tramp isə seçici səslərinin yenidən sayılması cəhdlərini dələduzluq adlandırıb

 

Noyabrın 8-də ABŞ-da keçirilən prezident seçkisində Respublikaçılar Partiyasından namizəd milyarder Donald Tramp qalib gəlib. ABŞ-da prezidenti ştatların seçki günü müəyyənləşdirdiyi xüsusi nümayəndələrdən ibarət Seçicilər Kollegiyası seçir. Prezident seçilmək üçün 538 nümayəndədən 270-nin səsini qazanmaq kifayətdir. Donald Tramp Seçicilər Kollegiyasının 306, Hillari Klinton isə 232  səsini toplayıb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 279
avatar

Oxşar yazılar