<b>Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı</b>
25 sentyabr 2017 04:15 (UTC +04:00)

Tramp miqrasiya ilə bağlı yeni fərman imzaladı

0

ABŞ prezidenti Donald Tramp miqrasiya ilə bağlı yeni fərman imzalayıb.

 

APA-nın xəbərinə görə, bu barədə “The Wall Street Journal” məlumat verib.

 

Fərmanla KXDR, Venesuela və Çad vətəndaşlarının ABŞ-a girişinə məhdudiyyət qoyulub. Sudanın adı yeni siyahıdan çıxarılıb. Yeni fərmanda adıçəkilən üç ölkə ilə yanaşı İran, Liviya, Somali, Suriya və Yəmən  yer alır.

 

Oktyabrın 18-dən etibarən qüvvəyə minən fərmanın müddətsiz olduğu bildirilir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 336

Oxşar yazılar