<b>Tramp İrana qarşı yeni strategiyanı elan etdi</b>
13 oktyabr 2017 22:21 (UTC +04:00)

Tramp İrana qarşı yeni strategiyanı elan etdi

Prezident Donald Tramp ABŞ-ın İrana qarşı yeni strategiyasını elan edib

 

APA-nın məlumatına görə, Vaşinqtonda çıxış edən D.Tramp növbəti dəfə İranı terrorun maliyyələşdirilməsində ittiham edib, rəsmi Tehranın nüvə razılaşmasının müddəalarını pozduğunu söyləyib.

 

ABŞ prezidenti bildirib ki, Ağ Ev razılaşmada yer alan nöqsanları aradan qaldırmaq üçün Konqreslə birlikdə çalışacaq. Bununla belə, Tramp gələcəkdə razılaşmanın pozulmasını istisna etməyib.

 

Tramp həmçinin İrana qarşı, terrorun maliyyələşdirilməsinin qarşısını almaq istiqamətində  yeni sanksiyaların tətbiq ediləcəyini bəyan edib. Qeyd edək ki, ABŞ prezidentinin çıxışından bir neçə dəqiqə əvvəl ölkənin Maliyyə nazirliyi İrana qarşı yeni sanksiyalar tətbiq edib.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 189
avatar

Oxşar yazılar