ABŞ prezidenti Donald Tramp ABŞ və Rusiya ilə “işçi” münasibətlərin olmasını istəyir.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Vaşinqtonda çıxışı zamanı ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib.
“Prezident Rusiya və ABŞ arasında işçi münasibətlərin olmasının vacibliyini açıq-aydın elan edib. Lakin bu cür münasibətlər hələ ki yaranmayıb”, - deyə o əlavə edib.