<b>Tramp “Rusiya işi” ilə bağlı ifadə verəcək</b>
25 yanvar 2018 03:36 (UTC +04:00)

Tramp “Rusiya işi” ilə bağlı ifadə verəcək

Prezident Donald Tramp Rusiyanın ABŞ-dakı prezident seçkilərinə müdaxiləsi ilə bağlı xüsusi prokuror Robert Müllerə ifadə verəcəyini bəyan edib.

 

APA-nın məlumatına görə, bu barədə “Bloomberg” agentliyi xəbər verib.

 

Tramp bildirib ki, xüsusi prokurorla görüşünü səbirsizliklə gözləyir. “Mən buna hazıram. İstərdim ki, bu mümkün qədər tez baş tutsun”, deyən dövlət başçısı R.Müllerlə yaxın iki-üç həftə ərzində görüşəcəyini bildirib.

 

Bundan əvvəl NBC telekanalı xəbər verib ki, ABŞ-da Rusiyanın 2016-cı il prezident seçkilərinə müdaxiləsi və Donald Trampın komandasının Rusiya ilə gizli əlaqələrinə dair təhqiqat aparan xüsusi prokuror Robert Müller dövlət başçısını dindirilməyə çağırmağa hazırlaşır.

 

Qeyd edək ki, Federal Təhqiqatlar Bürosunun (FBI) sabiq direktoru Robert Müller ötən ilin mayında “Rusiya işi” ilə bağlı xüsusi prokuror təyin olunub. Eyni zamanda, ABŞ Konqresinin hər iki palatasının müvafiq komitələri Rusiyanın seçkilərə müdaxiləsi və Trampın komandasının Rusiya ilə əlaqələrinə dair təhqiqat aparır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 207

Oxşar yazılar

Lotereyadan 6 milyon uddu,  axtarışa verildi

Lotereyadan 6 milyon uddu, axtarışa verildi

9 iyul 2025 , 14:58
Bu gün gündüz 2 saniyə tez  bitəcək

Bu gün gündüz 2 saniyə tez bitəcək

9 iyul 2025 , 14:29
13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

13 nəfər bu səhvə görə İNTİHAR ETDİ

9 iyul 2025 , 12:46
COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

COVID-in yeni qorxulu ştammı YAYILIR: adamın səsi tutulur

9 iyul 2025 , 10:44
Kainat 7 milyard ildən sonra kiçilməyə  başlaya bilər

Kainat 7 milyard ildən sonra kiçilməyə başlaya bilər

9 iyul 2025 , 03:25
Adana bələdiyyəsinin sədri həbs edildi

Adana bələdiyyəsinin sədri həbs edildi

8 iyul 2025 , 23:17
Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

Cadugərlik edən ailənin 5 üzvünü diri-diri yandırdılar

8 iyul 2025 , 18:55
Hava limanında DƏHŞƏT:  mühərrik kişini doğradı

Hava limanında DƏHŞƏT: mühərrik kişini doğradı

8 iyul 2025 , 18:03