Eytan Nae İsrailin Türkiyədə yeni səfiri təyin edilib. APA-nın xəbərinə görə, bunu “Anadolu”ya İsrail XİN nümayəndəsi Emmanuel Nahson bildirib.
Qeyd edək ki, Ankara və Təl-Əviv arasında 2016-cı ilin iyulunda ikitərəfli münasibətlərin normallaşdırılmasına dair saziş imzalanıb.
Xatırladaq ki, 2010-cu ildə Qəzza zolağına humanitar yük aparan “Mavi Mərmərə” gəmisində baş vermiş silahlı insidentdən sonra iki ölkə arasındakı münasibətlərdə böhran yaranmışdı