[b]Tehrandan Vaşinqtona ciddi xəbərdarlıq [/b]
04 dekabr 2016 04:43 (UTC +04:00)

[b]Tehrandan Vaşinqtona ciddi xəbərdarlıq [/b]

0

ABŞ İrana qarşı tətbiq etdiyi sanksiyaların müddətini uzadacaqsa, rəsmi Tehran nüvə sazişi üzrə öhdəliklərindən imtina edəcək. APA-nın “Press TV”-yə istinadən verdiyi xəbərə görə, bu barədə  İran XİN rəhbəri Məhəmməd Cavad Zərif bildirib.  

 

“Əgər onlar (ABŞ) sanksiyalara qayıdacaqsa, biz  razılaşmaya riayət etməyəcəyik”, - deyə Zərif qeyd edib.   

 

Qeyd edək ki, ABŞ prezidenti Barak Obama Konqresin hər iki palatasının İrana qarşı qəbul etdiyi sanksiyaların 10 il uzadılmasına dair qanunu imzalamaq niyyətində olduğunu bildirib.

 

1996-cı ildə İranın nüvə proqramına qarşı qəbul edilən qanunun icrasının müddəti bu ilin dekabrında bitir.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 299

Oxşar yazılar