[b]Suriyada Rusiya helikopteri vuruldu[/b]
04 noyabr 2016 02:44 (UTC +04:00)

[b]Suriyada Rusiya helikopteri vuruldu[/b]

Rusiya Müdafiə Nazirliyi Suriyada helikopterin atəşə tutulması nəticəsində rusiyalı hərbçilərin həlak olması barədə xarici mətbuatda yayılan xəbərləri təkzib edib.

 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti” Rusiya Müdafiə Nazirliyinin nümayəndəsinə istinadən məlumat yayıb.

 

Məlumata görə, Palmiradan 40 km şimal-qərbdə yerləşən yaşayış məntəqələrindən birinə humanitar yardım aparan Rusiya helikopteri məcburi eniş edib.  

 

“Heyət üzvləri helikopterə baxış keçirən zaman silahlılar ərazini minaatanlardan atəşə tutub. Nəticədə helikopter zədələnib və sərbəst şəkildə aerodroma qayıda bilməyib”, - deyə MN nümayəndəsi bildirib.   

 

Onun sözlərinə görə, insident zamanı heç bir xəsarət almayan ekipaj operativ şəkildə axtarış-xilasetmə helikopteri ilə Xmeymim aviabazasına çatdırılıb.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 304
avatar

Oxşar yazılar