<b>Suriyada rus general öldürüldü</b>
24 sentyabr 2017 23:09 (UTC +04:00)

Suriyada rus general öldürüldü

0

Rusiya Silahlı Qüvvələrinin generalı Suriyada həlak olub.

 

 APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

 

Açıqlamada bildirilir ki, general-leytenant Valeriy Asapov  minaatanlardan açılan atəş nəticəsində həlak olub. Deyr əz-Zor şəhərinin İŞİD-dən azad olunması əməliyyatında iştirak edən rusiyalı general hərbi müşavirlər qrupuna rəhbərlik edib.

 

V.Asapov komandanlıq tərəfindən ali dövlət mükafatına təqdim olunub.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 471

Oxşar yazılar