[b]Sirli otaqlar, komandanların ziyarəti, şəhid yadigarları... - REPORTAJ[/b]
02 iyun 2014 13:44 (UTC +04:00)

[b]Sirli otaqlar, komandanların ziyarəti, şəhid yadigarları... - REPORTAJ[/b]

Türkiyənin bir neçə şəhərində Havacılık Müzesi (Aviasiya Muzeyi) var. Amma İstanbuldakı Hava muzeyi böyüklüyünə və keçmişdən qalan uçaqları ilə xüsusi seçilir.

 

Muzeyə girəndə öncə 1912-ci ilindən başlayaraq müxtəlif millətlərə aid təyyarələrlə qarşılaşırsan. Hava muzeyinin qurulmasına səbəb 1-ci Dünya Müharibəsindən sonra almanlardan qalan təyyarələr olub. Bundan sonra düşmənlərdən qalan qənimətlər toplanaraq, bu muzeyə gətirilib.

 

Hava Muzeyinin başı bəlalı olub. Qurtuluş savaşı zamanı bu muzey Kartal Maltəpəyə köçürülərkən tarixi təyyarələrin çoxu zərər görüb.

 

1960-cı ildə isə Hava Qüvvətləri Komutanı Orgeneral İrfan Tanselin təklifi ilə yenidən muzeyin bərpasına başlanıb və 1963-cü ildə muzey tam fəaliyyətə başlayıb. Amma bu dəfə Muzey İstanbulda deyil, İzmirdə yaradılıb.

 

Muzeyin bələdçisi Aylin Tan deyir ki, İzmirdə muzeyə diqqət və ziyarət az olub. Bundan sonra Muzey yenə İstanbul hərbi məktəbinin yanına köçürülüb. Muzeyin 2.365 kvadratmetri qapalı məkanda, 65.000 kvadratmetri isə açıq havadadır.

 

Səfər salonu

 

Muzeyin bağlı hissəsində ilk otağın adı Səfər salonudur. Burda Havada şəhid olmuş əsgərlərin şəkilləri yer alır. İlk şəhid 1951-ci ildə Koreyada uçuş zamanı raket atəşiylə vurulub. İkinci şəhid isə 1964-cü ildə Kiprdə paraşütlə atlanarkən yunanlar tərəfindən şəhid edilib.

 

Səfər salonunda eyni zamanda hədiyyəlik əşyalar satılır. Bundan başqa, kino salonu var və bu salonda türk savaş tarixi ilə bağlı filmlər izləmək olur.

 

Anılar və…

 

Anılar salonunda isə aviasiya tarixinə adını yazmış pilotlardan qalan xatirələr sərgilənir. 1914-cü ildə İstanbuldan Qahirəyə uçaraq şəhid olan Fethi və Nuri Bəylərin geyimləri, medalları, Ağrı hərəkatında şəhid olanların formaları, ünlü komandirlərin şəxsi əşyaları saxlanılır. Bundan başqa, bu salonda keçmişdən bu günə qədər gələn poqonlar, uçuş personalının aksessuarları sərgilənir. Geyim salonunda isə yaxasında təyyarə nişanı daşıyan Osmanlıdan bu günə qalan geyimlər sərgilənir Eyni zamanda, bu salonda uçuş balonları, müxtəlif şəxsi uçuş təchizatları, uçuşdan əvvəl toplantı edən pilotlar manekenlərlə canlandırılıb. Sərgidə Osmanlı uçuş geyimi, leytenant formaları, qadın əsgər formaları, 1955-ci ildəki əsgər formaları yer alır.

 

Silahlar…

 

Salonun ən cəlbedici yerlərindən biri isə Silahlar salonudur. Bu salonda keçmişdən bu günə qdər, hazırda da istifadə edilən silahlar sərgilənir.

 

Salonda hava-hava tipli “ağıllı” raketlər, havadan yerə atılan parça şəklində bombaları yaxından görmə şansı yaradılıb.

 

1945-ci ilə aid Spifire uçağına aid silahlar eləcədə ağır makinalı silahlar var. CBU-58 Dəmət Bombası, AGM-65/A Maverick, AIM-7E-3 Sparrow Füzesi, AIM-9P-3 Sidewinder Füzesi, DURANDAL Pist Tahrip Bombası, Lazer Güdümlü Bomba, LAU-3/A Roket Lançeri, LAU-60/A Roket Lançerini görmək olar.

 

Muzeydə yalnız böyükləri deyil, kiçikləri də maraqlandıran eksponatlar var. Doriner 28 D-1 uçağı xüsusilə uşaqlar üçün sərgilənir. Eyni zamanda muzeydə böyük kitabxana var və bu kitabxanadan özəlliklə tələbələr ödənişsiz istifadə edir.

 

Muzeyin açıq hissəsində isə müxtəlif pərli uçaqlar, helikopterlər, qırıcılar yer alıb.

 

Muzeyin açıq havada olan hissəsini gəzmək üçün bir gün vaxt lazımdı. Amma muzeyi ziyarət etmək də asan deyil. Prosedurlara görə, öncədən müraciət edilməli və vaxt təyin edilməlidir. Məktəblər və Universitetlər isə rəsmi sənədlə müraciət etməli və öncədən gələcək ziyarətçilərin sayın, adların göndərməlidir. Hava Qüvvələri Mərkəzi Komandanlığının təsdiqi də alındıqdan sonra ziyarətə icazə verilir. Muzeyə telefon, fotoaparat və video keçirmək qadağandır. Yalnız muzey işçilərinin verdikləri şəkillərlə qane olmalısan.

 

Muzeyin elə salonları da var ki, oranı yalnız komandanlar və dövlət rəsmiləri ziyarət edə bilər.

 

Ziyarətçilər üçün qismən qapalı olan hərbi muzeydən bu qədər məlumat əldə edə bildik. Bələdçi Aylin Tan bildirir ki, məkan muzey kimi qurulsa da eyni zamanda hərbi ağırlıq daşıyır. Ona görə də muzeyə giriş nəzarətlə olur və çox ciddi qorunur.

 

Əslində muzeydə gəzdikcə, insan özünü  silah-sürsat və uçaq qəbiristanlığında hiss edir. Uçaqlar canlanacaq, silahların tətiyi çəkiləcək və savaş başlayacaq…

 

Məhsəti Şərif,

İstanbul

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1326

Oxşar yazılar

Dron uçuran turist 12 min dollar cərimələndi

Dron uçuran turist 12 min dollar cərimələndi

27 iyul 2024 , 00:09
Dünyanın ən hündür  tuneli tikiləcək

Dünyanın ən hündür tuneli tikiləcək

26 iyul 2024 , 17:36
Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

Fırıldaqçılar Sezen Aksuya 11 mindən çox pul "atdılar"

25 iyul 2024 , 22:47
Həkim yeni doğulan körpəni oğurladı

Həkim yeni doğulan körpəni oğurladı

25 iyul 2024 , 18:54
ABŞ-da bir kişini 100 ildir axtarırlar

ABŞ-da bir kişini 100 ildir axtarırlar

25 iyul 2024 , 16:31
Şagirdi ilə yatan  müəllim işdən qovuldu

Şagirdi ilə yatan müəllim işdən qovuldu

25 iyul 2024 , 13:42
Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT:  72 nəfər tutuldu

Türkiyədə İŞİD-ə qarşı böyük ƏMƏLİYYAT: 72 nəfər tutuldu

25 iyul 2024 , 09:40
Rusiyada Mi-28 helikopteri  qəzaya uğradı -YENİLƏNİB

Rusiyada Mi-28 helikopteri qəzaya uğradı-YENİLƏNİB

25 iyul 2024 , 08:35