<b>Şimali Koreya nüvə və raket sınaqlarını dayandırdı</b>
21 aprel 2018 02:46 (UTC +04:00)

Şimali Koreya nüvə və raket sınaqlarını dayandırdı

0

Şimali Koreya nüvə və raket sınaqlarının həyata keçirilməsini dayandırıb.

 

APA-nın “Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Şimali Koreya lideri Kim Çen In bəyan edib.

 

Məlumata görə, aprelin 21-dən etibarən Şimali Koreya nüvə sınaqları və qitələrarası ballistik raketlərin buraxılmasını dayandırır. Həmçinin ölkənin şimalındakı nüvə poliqonunun fəaliyyəti dondurulur.

 

Bu barədə qərar hakim Koreya Əmək Partiyası Mərkəzi Komitəsinin iclasında qəbul edilib.

 

Qeyd edək ki, hazırda ABŞ və KXDR liderlərinin görüşü hazırlanır.

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 727

Oxşar yazılar