<b>Şimali Koreya ballistik raket buraxdı</b> - <span style="color:red;">YENİLƏNİB
04 iyul 2017 07:12 (UTC +04:00)

Şimali Koreya ballistik raket buraxdı - YENİLƏNİB

0

Şimali Koreyanın ölkənin qərb sahilindən buraxdığı orta mənzilli ballistik raket 930 km qət edib.

 

APA-nın xəbərinə görə, bu barədə “Kiodo” agentliyi Cənubi Koreya müdafiə nazirliyinə istinadən xəbər verib.

 

40 dəqiqə ərzində uçan raket Yaponiyanın Yapon dənizindəki xüsusi iqtisadi zonasına düşüb. İlkin məlumata əsasən, Yaponiyanın hava və dəniz gəmilərinə ziyan dəyməyib. Buraxılan raketin qitələrarası olmadığı bildirilir. 

 

 

***

 

Bu gün Şimali Koreya növbəti dəfə ballistik raketi sınaqdan keçirib.

 

APA-nın məlumatına görə, bu barədə NHK telekanalı Cənubi Koreya müdafiə nazirliyinə istinadən xəbər verib.

 

Raket Pxönan-Pukto əyalətində yerləşən poliqondan  buraxılıb. Tipi məlum olmayan raket Yapon dənizi akvatoriyasına düşüb.  Sınaqların nəticələri barədə hələ ki, məlumat verilmir.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 327

Oxşar yazılar