Yaxın vaxtlarda Səudiyyə Ərəbistanında yeni kral taxta çıxacaq. Lent.az xəbər verir ki, İngiltərənin “Daily Mail” qəzeti kral ailəsinə yaxın mənbələrə istinad edərək hazırkı kral Salmanın yaxın vaxtlarda oğlu, vəliəhd Məhəmməd Bin Salmanı öz yerinə keçirəcəyini yazıb. Bildirilib ki, Kral Salman 32 yaşlı oğlunu hakimiyyətə gətirəndən sonra İngiltərə kraliçası kimi simvolik olaraq dövlətə nəzarət edəcək. Lakin hakimiyyət məsələlərinə qarışmayacaq.
Qeyd edək ki, noyabrın əvvəlində Səudiyyə Ərəbistanında yüksək rütbəli şəxslərə qarşı korrupsiya əməliyyatı həyata keçirilib. Həmin əməliyyatlara kralın korrupsiayaya qarşı komissiyaya rəhbərlik edən oğlu şahzadə Məhəmməd Bin Salman nəzarət edir.
İddialara görə, hazırda araşdırılan korrupsiya əməllərində 100 milyard dollardan çox vəsaitin ələ keçirilməsi qeyd edilir.