<b>Sabiq müdafiə naziri həbs edildi</b>
11 noyabr 2017 05:00 (UTC +04:00)

Sabiq müdafiə naziri həbs edildi

0

Cənubi Koreyanın sabiq müdafiə naziri Kim Qvan Çjin məhkəmənin qərarı ilə həbs olunub.

 

APA-nın “Rönhap” agentliyinə istinadən verdiyi xəbərə görə, Kim Qvan Çjin keçmiş prezident Li Mön Bakın dövründə vəzifəsindən sui-istifadədə və ictimai rəyi manipulyasiya etməkdə günahlandırılıb. Məlumata əsasən, sabiq nazirlə yanaşı onun keçmiş müavini də həbs edilib.

 

68 yaşlı Kim Qvan Çjin 2010-2014-cü illərdə Cənubi Koreyanın müdafiə naziri olub. Li Mön Bak isə 2008-2013-cü illərdə Cənubi Koreyaya başçılıq edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 382

Oxşar yazılar