[b]Rusiyalı müğənnini qatardan endirib geri qaytardılar[/b]
Rusiyalı müğənni Lolita Milyavskaya Ukrayna sərhədçiləri tərəfindən qatardan endirilərək ölkəyə buraxılmayıb. Lent.az report-a istinadən xəbər verir ki, bu barədə müğənni "Facebook"dakı rəsmi səhifəsinə yerləşdirdiyi videomüraciətində məlumat verib.
"Sizcə, mən hardayam? Mən Konotopdayam (Ukraynada şəhər – qeyd "Report".), səhər saat 4-də məni qatardan aşağı endirdilər, mən xəstələnmiş övladımı ziyarət edə bilmirəm, çünki mənim Ukraynaya girişimə qadağa qoyulub. Bax belə, dərhal başqa qatara keçirirlər", - deyə o bildirib.
Milyavskaya əlavə edib ki, qadağa o, 2015-ci ildə Krıma getdiyi üçün tətbiq edilib.
251