Moskvanın Kuba vətəndaşına qarşı quldurluq edən azərbaycanlı saxlanılıb. Lent.az-ın Rusiya KİV-ə istinadən məlumatına görə, hadisə Rusiya paytaxtının Armavir küçəsində baş verib.
Küçədə 39 yaşlı Kuba vətəndaşı Albert Abilis Munyonsa hücum edən 19 yaşlı Azərbaycan vətəndaşı ona bıçaqla bir neçə zərbə vurub. Bundan sonra onun 35 min rubl (təxminən 1000 manat) pulunu götürərək qaçıb.
Amma çox keçmədən polis tərəfindən yaxalanıb.