Rusiyanın Nijni Novqorod şəhərində 27 yaşlı jurnalist Denis Suvorov qətlə yetirilib.
APA-nın “Gazeta.ru”ya istinadən verdiyi xəbərə görə, İstintaq Komitəsinin məlumatına əsasən, üzərində müxtəlif xəsarətlər olan meyit iyulun 24-də “Kazanskaya naberejnaya” adlanan ərazidə aşkarlanıb.
Fakt üzrə “qətl” maddəsi üzrə cinayət işi başlanıb, birgə istintaq-əməliyyat qrupu yaradılıb.
Hadisənin təfərrüatları müəyyənləşdirilir.
“Nijni Novqorod” Dövlət Teleradio Şirkətinin əməkdaşı Suvorov “Vesti-Povolje” və digər verilişlərin aparıcısı, həmçinin teleşirkətin saytının redaktoru olub.