Masazırda tatu üstündə DAVA:   18 yaşlı oğlan 33 yaşlı kişini öldürdü - YENİLƏNİB
13 avqust 2026 11:32 (UTC +04:00)

Masazırda tatu üstündə DAVA: 18 yaşlı oğlan 33 yaşlı kişini öldürdü - YENİLƏNİB

1

Masazırda törədilən qətlin təfərrüatları məlum olub.

Lent.az-ın əldə etdiyi məlumata görə, hadisə tatu üstündə baş verib.

Belə ki, qətlə yetirilən Sahil Nuriyevin qardaşı tatu ustasıdır.

İddialara görə, mərhumun qardaşı Hüseyn Vəliyevə tatu vurub. Lakin Hüseyn ödənişi vermək istəməyib. Buna görə tərəflər arasında mübahisə düşüb.

Nəticədə Hüseyn Sahili bıçaqlayaraq öldürüb.

***

05:55

Abşeron rayonunun Masazır qəsəbəsində qətl hadisəsi baş verib.

Lent.az xəbər verir ki, hadisə avqustun 12-də saat 22 radələrində qeydə alınıb.

Belə ki, 1993-cü il təvəllüdlü Sahil Nuriyev kəsici-deşici alətlə qətlə yetirilib.

Polis əməkdaşları tərəfindən keçirilən tədbirlə həmin cinayət əməlini törətməkdə şübhəli bilinən 2008-ci il təvəllüdlü Hüseyn Vəliyev saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
1
# 1478

Oxşar yazılar