[b]Rusiyada bina uçdu, ölənlər var  [/b]
09 noyabr 2017 19:48 (UTC +04:00)

[b]Rusiyada bina uçdu, ölənlər var [/b]

0

Rusiyanın İjevsk şəhərində yaşayış binasının bir hissənin uçması nəticəsində 2 nəfər ölüb, 2 nəfər xəsarət alıb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, 9 mərtəbəli yaşayış binasının bir bloku uçub, ümumilikdə 28 nəfərin yaşadığı 8 mənzil tamamilə dağılıb.

 

İlkin versiyaya görə, hadisə qaz sobasının partlaması səbəbindən baş verib.

 

Hadisə yerində axtarış-xilasetmə əməliyyatı davam edir. Dağıntılar arasında insanların qaldığı bildirilir, ölənlərin sayının artacağı istisna olunmur.    

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 335

Oxşar yazılar