[b]Rusiya və Türkiyə yeni hökumətlərarası saziş hazırlayır   [/b]
27 oktyabr 2017 00:49 (UTC +04:00)

[b]Rusiya və Türkiyə yeni hökumətlərarası saziş hazırlayır [/b]

0

 

 

Rusiya və Türkiyə turizmin inkişafına dair yeni hökumətlərarası saziş hazırlayırlar. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Federal Turizm Agentliyinin rəhbəri Oleq Safonov bildirib.     

 

Onun sözlərinə görə, oktyabrın 26-da Antalyada Rusiya və Türkiyə arasında turizmin inkişafı üzrə işçi qrupunun 11-ci iclası keçirilib.    

 

“Biz 2017-ci il üzrə turizm mövsümünün ilk nəticələrini müəyyənləşdirdik. Türkiyədə təhlükəsizlik məsələlərini, sanitar-epidemioloji vəziyyəti, Qara dəniz regionunda ölkələrimiz arasında kruiz turizminin inkişafı, regionlararası əməkdaşlığın inkişafı məsələlərini müzakirə etdik”, - deyə o bildirib. İclasın yekunlarına dair protokol imzalanıb.   

 

“Rusiya və Türkiyə arasında turizmin inkişafına dair yeni hökumətlərarası saziş hazırlayırıq. Əvvəlki saziş 1995-ci ildə imzalanıb, o vaxtdan 22 il keçib və hazırda turizmin inkişafını şərtləndirən amillər nisbətən fərqlidir”, - deyə deyə Safonov qeyd edib.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar