[b]Rusiya və ABŞ nüvə silahların ixtisarını müzakirə etdilər[/b]
25 oktyabr 2017 01:15 (UTC +04:00)

[b]Rusiya və ABŞ nüvə silahların ixtisarını müzakirə etdilər[/b]

0

Rusiya və ABŞ nümayəndə heyətləri ikitərəfli məşvərət komissiyasının Cenevrədə keçirilən sessiyasında Strateji Hücum Silahlarının ixtisarına dair  müqavilənin icrası ilə bağlı məsələləri müzakirə ediblər. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya XİN-nin məlumatında bildirilir.  

 

Qeyd edək ki, 11-24 oktyabr tarixlərində Cenevrədə Strateji Hücum Silahlarının ixtisarına dair ikitərəfli məşvərət komissiyasının 14-cü sessiyası keçirilib.   

 

“Rusiya və ABŞ nümayəndə heyətləri müqavilənin icrası ilə əlaqədar praktiki məsələlərin müzakirəsini davam etdiriblər.  

 

Qeyd edək ki, Rusiya və ABŞ-ın 2010-cu ildə imzaladığı Strateji Hücum Silahlarının ixtisarına dair  müqavilə 2011-ci ilin fevralın 5-də qüvvəyə minib.

 

Müqaviləyə əsasən, Rusiya və ABŞ nüvə başlıqları və daşıyıcılarına dair ildə iki dəfə məlumat mübadiləsinin aparılmasına dair üzərilərinə öhdəlik götürüblər. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 433

Oxşar yazılar