Kreml Suriyada “S-300” -lərini yerləşdirdiyini təsdiqlədi
Rusiya Suriyaya “S-300” zenit-raket komplekslərindən ibarət batareya yerləşdirdiyini təsdiqləyib.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin nümayəndəsi İqor Konaşenkov bildirib.
Onun sözlərinə görə, batareyanın vəzifəsi Tartusdakı hərbi-dəniz bazasının və sahilə yaxın zonadakı Rusiya hərbi gəmilərinin təhlükəsizliyini təmin etməkdir.
“Xatırladım ki, “S-300” zenit-raket kompleksi istisna olaraq müdafiə sistemidir və heç kimə heç bir təhlükə yaratmır”, - deyə o bildirib.
Qeyd edək ki, ABŞ-ın “Fox News" telekanalı bundan əvvəl hərbi mənbələrinə istinadən bildirib ki, Rusiya Suriyada ilk dəfə olaraq "Antey-2500" S-300B4 (NATO təsnifatına görə SA-23 Gladiator) qabaqcıl hava hücumundan müdafiə sistemi yerləşdirib.
273