<b>Rusiya səfirinin cənazəsi Moskvaya gətirildi</b>
20 dekabr 2016 22:05 (UTC +04:00)

Rusiya səfirinin cənazəsi Moskvaya gətirildi

0

Rusiyanın Türkiyədəki səfiri Andrey Karlovun cənazəsini aparan təyyarə Moskvanın Vnukovo hava limanında eniş edib.  

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, təyyarənin göyərtəsində Karlovun həyat yoldaşının da olduğu bildirilir. Onu həkim və Rusiya FHN-nin psixoloqu müşayiət edirlər.   

 

Moskvada səfərdə olan Türkiyə XİN rəhbəri Mövlud Çavuşoğlunun təyyarəni qarşılayanlar arasında olduğu bildirilir.

 

“Nazir aeroportdadır, o, Ankaradan gələn təyyarəni şəxsən qarşılayır”, - deyə səfirlikdən “RİA Novosti” –yə bildirilib. 

 

 

Xatırladaq ki, ötən gün axşam Ankaradakı Müasir İncəsənət Mərkəzində keçirilən “Rusiya türklərin gözü ilə” sərgisində çıxışı zamanı Türkiyənin bu ölkədəki səfiri Andrey Karlov qətlə yetirilib.

 

Hadisəni törədən şəxsin polis əməkdaşı Mert Altıntaş olduğu məlum olub.

 

O, təhlükəsizlik əməkdaşları tərəfindən zərərsizləşdirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 364

Oxşar yazılar