[b]Rusiya prezidenti Donbasdakı münaqişədən danışdı [/b]
11 yanvar 2018 22:36 (UTC +04:00)

[b]Rusiya prezidenti Donbasdakı münaqişədən danışdı [/b]

"Donbasdakı vəziyyət dondurulmuş münaqişənin əlamətlərini alır". APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bu barədə Rusiya prezidenti Vladimir Putin Rusiya qəzet və informasiya agentliklərinin rəhbərləri ilə görüşündə bildirib.

 

"Donbas münaqişəsi dondurulmuş münaqişə xarakteri alır ki, heç kəs, o cümlədən Rusiya bunda maraqlı deyil. Biz istərdik ki, bu vəziyyət həll olunsun. Elə həll olunsun ki, bu ərazidə yaşayan heç kəsdə narahatçılıq oyatmasın. Ukrayna ilə bağlı Minsk razılaşmalarının yerinə yetirilməsi, o cümlədən Donbasın xüsusi statusu ilə bağlı qanunun qəbul olunması Rusiyanı tamamilə qane edirdi", - deyə Rusiya dövlət başçısı qeyd edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 291
avatar

Oxşar yazılar