<b>Rusiya prezidenti: "Ukraynadakı vəziyyətə görə Avropa günahkardır"</b>
20 oktyabr 2017 00:58 (UTC +04:00)

Rusiya prezidenti: "Ukraynadakı vəziyyətə görə Avropa günahkardır"

Ukraynadakı vəziyyətə görə Avropa günahkardır. Çünki Avropa bu ölkədə hakimiyyətin  Konstitusiyaya zidd olaraq ələ keçirilməsini dəstəkləyib. APA-nın xəbərinə görə, bunu Rusiya prezidenti Vladimir Putin “Valday” diskussiya klubunun toplantısında çıxışı zamanı bildirib. 

 

“Siz dediniz ki, avropalıların fikrincə, top Rusiya tərəfdədir. Ancaq bizim fikrimizcə, top məhz Avropa tərəfdədir, çünki məhz Avropa Komissiyasının o zamani tərkibinin qeyri-konstruktiv mövqeyi sayəsində vəziyyət dövlət çevrilişi ilə nəticələndi”, - deyə V.Putin qeyd edib.   

 

O qeyd edib ki, problem Aİ ilə assosiativ sazişin imzalanmasında idi, çünki məhz ondan sonra ABŞ və Avropa tərəfindən tam dəstəklənən iğtişaşlar başlandı.

 

“Ukraynada bugünkü vəziyyət hakimiyyətin Konstitusiyaya zidd şəkildə ələ keçirilməsinin nəticəsidir.  Avropa bunda günahkardır, çünki həmin terroru dəstəklədi”, - deyə Putin qeyd edib.   

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 228
avatar

Oxşar yazılar