[b]Rusiya NATO-ya üzv olmağı təklif edibmiş [/b]
04 iyun 2017 07:27 (UTC +04:00)

[b]Rusiya NATO-ya üzv olmağı təklif edibmiş [/b]

0

Rusiya prezidenti Vladimir Putin ABŞ-ın eks-prezidenti Bill Klintona Rusiyanın NATO-ya üzv olmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etdiyini bildirib. APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, bu barədə V.Putin amerikalı rejissor Oliver Stouna müsahibəsində bildirib.  

 

“Prezident Klintonla son görüşlərimizdən birini xatırlayıram. O Moskvada səfərdə idi və mən diskussiya zamanı ona Rusiyanın NATO-ya üzv olmasının mümkünlüyünü nəzərdən keçirməyi təklif etdim. Klinton isə cavabında buna etiraz etmədiyini bildirdi”, - deyə Putin bildirib.    

 

Putinin sözlərinə görə, həmin an ABŞ nümayəndə heyəti “böyük əsəb keçirdi”. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 320

Oxşar yazılar