[b]Rusiya aviasiyası 2 mindən çox silahlını məhv etdi[/b]
30 sentyabr 2017 23:47 (UTC +04:00)

[b]Rusiya aviasiyası 2 mindən çox silahlını məhv etdi[/b]

0

Rusiya aviasiyasının Suriya ərazisindəki hədəflərə endirdiyi zərbələr nəticəsində silahlılar 19-29 sentyabr tarixlərində  2359 ölü və 2700-dək yaralı olaraq təsdiqlənmiş itki verib.   

 

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Müdafiə Nazirliyinin rəsmi nümayəndəsi İqor Konaşenkov bildirib.  

 

Məlumata görə, məhv edilmiş terrorçular arasında 16 nəfəri komandir, 400-dən çoxu isə MDB ölkələrinin vətəndaşıdır.  

 

Rusiya aviasiyası qeyd olunan müddət ərzində terrorçulara məxsus 67 dayaq məntəqəsi, 27 tank, 21 zenit-raket qurğusu, 149 avtomobil və 51 hərbi sursat anbarı  məhv edib. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 518

Oxşar yazılar