[b]Qəzza sakinləri ilk dəfə kinoteatra gediblər[/b]
27 avqust 2017 05:57 (UTC +04:00)

[b]Qəzza sakinləri ilk dəfə kinoteatra gediblər[/b]

Qəzza şəhərinin yüzlərlə sakini ötən gün son 30 ildə ilk dəfə olaraq kinoteatrda filmə baxıb.  

 

APA-nın “Frans Press”ə istinadən verdiyi xəbərə görə, Qəzzanın “Samer” kinoteatrı bir gecəlik qapılarını 300-dək kişi və qadın tamaşaçılarının üzünə açıb. Nümayiş etdirilmiş “On gün” tammetrajlı film İsrail həbsxanalarında cəza çəkən fələstinlilərə həsr olunub. Filmin çəkilişləri  tam olaraq Qəzzada həyata keçirilib.    

 

“Samer” kinoteatrı 1944-cü ildə inşa edilib, 1960-cı ildə fəaliyyəti dayandırılıb. Qəzza zolağının digər kinoteatrları 1980-ci illərin sonlarında bağlanıb.  

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar