Rusiya prezidenti Vladimir Putin və onun türkiyəli həmkarı Rəcəb Tayyip Ərdoğan arasında telefon danışığı olub. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə Kremlin mətbuat xidmətindən bildirilib.
“Suriyadakı vəziyyət ətrafında fikir mübadiləsi aparılıb. Atəşkəs rejiminin möhkəmləndirilməsinin vacibliyi, Astana və Cenevrə formatlarında danışıqlar prosesinin aktivləşdirilməsinin mühümlüyü qeyd olunub”, - deyə məlumatda bildirilir.
Putin və Ərdoğan şəxsi təmasların davam etdirilməsinə dair razılığa gəliblər.