[b]Prokurorlar Trampı məhkəməyə verdi[/b]
12 iyun 2017 22:17 (UTC +04:00)

[b]Prokurorlar Trampı məhkəməyə verdi[/b]

0

Vaşinqton və Merilend ştatlarının baş prokurorları ABŞ prezidenti Trampa qarşı iddia qaldıraraq biznes əlaqələrini kəsməməklə ölkə Konstitusiyasını pozmaqda ittiham ediblər

 

APA-nın “Associated Press” agentliyinə istinadən verdiyi xəbərə görə, iddia Merilend ştatının məhkəməsinə verilib.

 

Baş prokurorlar Karl Rasin və Brayan Froş bəyan ediblər ki, Tramp əmlak və maliyyə əməliyyatlarında iştirak edir və dolayısı ilə işgüzar fəaliyyətdədir. Onların qənaətinə görə, Trampın fəaliyyəti ABŞ Konstitusiyasına uyğun olaraq maraqların toqquşması kimi tanına bilər.

 

“Washington Post” qəzetinin yazdığına görə isə, prokurorlar Trampı Konstitusiyanın korrupsiyaya qarşı maddələrini pozmaqda şübhəli bilirlər. Onların qənaətinə görə, Tramp prezident postuna yiyələndikdən sonra xarici dövlətlərdən milyonlarla gəlir əldə edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar