Ukrayna Təhlükəsizlik Xidməti ölkə prezidenti P. Poroşenkoya qarşı sui-qəsd barədə yayılan məlumatları təkzib edib.
APA-nın TSN-ə istinadən verdiyi xəbərə görə, bunu xidmətin sözçüsü Yelena Qitlyansakya bəyan edib.
“Yayılan məlumatlar həqiqətə uyğun deyil”, deyə Y.Qitlyansakya bildirib.
Təhlükəsizlik Xidmətindən həmçinin bildirilib ki, məlumatın kim tərəfindən KİV-lərə göndərilməsi araşdırılır.
***
Ukrayna prezidenti Petro Poroşenkoya qarşı sui-qəsdin qarşısı alınıb.
APA-nın xəbərinə görə, bu barədə Ukrayna Təhlükəsizlik Xidmətinin bəyanatında deyilir.
Məlumata əsasən, sui-qəsdin qarşısı oktyabrın 22-də P.Poroşenkonun Donetsk vilayətinin Avdeevka şəhərinə səfəri zamanı alınıb.
Həyata keçirilən xüsusi əməliyyat nəticəsində cinayətkar qrupun iki üzvü müqavimət göstərərkən məhv edilib. Onların üzərilərindən xeyli sayda silah sursat aşkarlanıb. Cinayətdə əli olan digər şəxslərin axtarışı davam edir.
Qeyd edək ki, ötən gün P.Poroşenko Ukraynanın müdafiə naziri Stepan Poltorak ilə birgə Avdeedkada əməliyyat müşavirəsi keçirib.