Perunun “Masamari” aviabazasında ölkənin Hərbi-Dəniz Qüvvələrinə məxsus “An-32” təyyarəsi polis məntəqəsinə çırpılıb.
APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, buna təyyarənin uçuş-eniş zolağından kənara çıxması səbəb olub.
İlkin versiyaya əsasən, təyyarənin əyləc sistemində problem yaranıb. Təyyarədə təxminən 70-dək hərbçinin olub. İnsident nəticəsində zərərçəkənlərin olmadığı bildirilir.