[b]Netanyahu Trampın İrana dair mövqeyindən razıdır[/b]
03 dekabr 2017 22:34 (UTC +04:00)

[b]Netanyahu Trampın İrana dair mövqeyindən razıdır[/b]

 

 

ABŞ prezidenti Donald Trampın  İranın nüvə sazişinə dair atdığı addımlar sövdələşmənin çatışmazlıqlarını aradan qaldırmağa imkan verir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə bu gün İsrailin baş naziri Binyamin Netanyahu bildirib.

 

“Birgə Hərtərəfli Fəaliyyət Planı (BHFP) təxminən 10 ildən sonra İranın nüvə arsenalına malik olmasına gətirib çıxaracaq. Prezident Tramp bu sazişin nəhəng çatışmazlıqlarının aradan qaldırılması üçün imkan yaradıb. Mən hamını bu şansı reallaşdırmağa dəstək verməyə çağırıram”, - deyə Binyamin Netanyahu Vaşinqtonda keçirilən konfrans zamanı təşkil olunan video bağlantıda bildirib.  

 

Qeyd edək ki, Tramp bundan əvvəl Ağ Evin  İranla bağlanan sazişin “ciddi çatışmazlıqları” üzərində çalışacağını bəyan edib. O qeyd edib ki, əgər bu səylər sazişin “yaxşılaşdırılması”na nəticə verməzsə, ABŞ sövdələşmədən tərk edəcək.   

 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 198
avatar

Oxşar yazılar