NATO-ya üzv olan ölkələrin müdafiə nazirləri Latviya, Litva, Estoniya və Polşada hər birisində bir batalyon olmaqla Alyans hərbçilərinin rotasiya əsasında yerləşdirilməsinə dair razılığa gəliblər.
APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bunu NATO-nun baş katibi Yens Stoltenberq Alyansa üzv olan ölkələrin müdafiə nazirlərinin iclasından sonra bildirib.
Stoltenberq bundan əvvəl iclasda NATO-nun qonşu və tərəfdaş ölkələrə dəstək verilməsi məsələsinin müzakirə ediləcəyini bildirmişdi.