[b]Moskva və Peterburqda 650 etirazçı saxlanıldı[/b]
12 iyun 2017 20:17 (UTC +04:00)

[b]Moskva və Peterburqda 650 etirazçı saxlanıldı[/b]

0

Bu gün Moskva və Sankt-Peterburqda keçirilən etiraz aksiyalarında 650 nəfər saxlanılıb.

 

APA-nın “İnterfaks” agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə Rusiya Daxili işlər nazirliyinin mətbuat mərkəzindən bildiriblər.

 

Moskvanın mərkəzində korrupsiyaya qarşı etiraz aksiyasında 150, Sankt-Peterburqda keçirilən analoji aksiyada isə 500 nəfər saxlanılıb.

 

Rusiya DİN-in məlumatına əsasən, Sankt-Peterburqda aksiyada 3500, Moskvada isə 4500 nəfər iştirak edib.

 

Qeyd edək ki, etiraz aksiyaları Aleksey Navalnının çağırışı ilə keçirilib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 272

Oxşar yazılar