[b]Moldovanın İstanbuldakı baş konsulu həbs edildi[/b]
19 noyabr 2016 20:49 (UTC +04:00)

[b]Moldovanın İstanbuldakı baş konsulu həbs edildi[/b]

Kişinyov Rayon Məhkəməsi Moldovanın İstanbuldakı baş konsulu Vyaçeslav Filip barəsində 30 sutkalıq həbs qətimkan tədbiri seçib.

 

APA-nın xəbərinə görə, bu barədə “RİA Novosti”yə Moldova Baş Prokurorluğunun mətbuat katibi Mariya Viyeru bildirib.

 

Qeyd edək ki, baş konsul Kişinyov hava limanında saxlanılıb. Vyaçeslav Filip və bir qrup əcnəbi, Moldovaya səfər etmək istəyən xarici vətəndaşlara sənədlər verərkən dələduzluq yolu ilə korrupsiyaya yol verməkdə şübhəli bilinirlər.   

 

Araşdırmalar zamanı Moldovanın İstanbuldakı baş konsulluğunun bir qrup şəxslə sövdələşməyə girərək, bu cinayətkar sxemdə fəal iştirak etdiyi məlum olub.  

 

Moldovanın İstanbuldakı baş konsulluğunun bütün əməkdaşlarının korrupsiya cinayətlərində iştirak etdiyi qeyd olunur.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 250
avatar

Oxşar yazılar