<b>Missuridə yenə ara qarışdı</b>
16 sentyabr 2017 07:36 (UTC +04:00)

Missuridə yenə ara qarışdı

0

ABŞ-ın Sent-Luis şəhərində (Missuri ştatı) polislə etirazçılar arasında toqquşma baş verib.

 

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, qarşıdurma zamanı 4 polis əməkdaşı müxtəlif dərəcəli xəsarət alıb, 13 etirazçı saxlanılıb.

 

Etiraza səbəb məhkəmənin  2011-ci ildə qaradərili gənci güllələyən polisə  bəraət verməsi olub. Məhkəmə qərarını açıqladıqdan dərhal sonra Sent-Luis şəhərində yüzlərlə insan küçələrə axışıb.

 

Qeyd edək ki, altı il əvvəl Sent-Luisdə sabiq polis zabiti Ceyson Stokli 24 yaşlı qaradərili Entoni Lamar Smiti güllələyərək öldürüb.

 

Xatırladaq ki, 2014-cü ildə Missuri ştatının Ferqyson şəhərində qaradərili gənc Maykl Braun polis tərəfindən açılan atəşlə qətlə yetirilmiş, bundan sonra şəhəri etiraz aksiyaları bürümüş, polislə etirazçılar arasında çoxsaylı toqquşmalar baş vermişdi.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 347

Oxşar yazılar