[b]Misirdə məscidə hücum edən 15 silahlı öldürüldü[/b]
24 noyabr 2017 20:23 (UTC +04:00)

[b]Misirdə məscidə hücum edən 15 silahlı öldürüldü[/b]

0

Misirin Sinay yarımadasında məscidə hücum etmiş 15 silahlı məhv edilib.

 

APA-nın xəbərinə görə, bu barədə “SkyNews Arabia” telekanalı məlumat verib.

 

Məlumata əsasən, pilotsuz uçan aparatlar səhra ərazisində silahlıların olduğu iki avtomobilə hava zərbələri endirib. Zərbələr nəticəsində azı 15 silahlının məhv edildiyi bildirilir.

 

Qeyd edək ki, Misirin Sinay yarımadasında məsciddə törədilən partlayış nəticəsində 235 nəfər ölüb, 100-dən çoxu yaralanıb. 

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 367

Oxşar yazılar