Toronto polisi kanadalı milyarder Barri Şermanın və onun həyat yoldaşı Xaninin kəndirlə boğaraq öldürüldüyünü müəyyənləşdirib.
APA-nın RİA Novosti-yəistinadən verdiyi xəbərə görə, keçirilmiş məhkəmə-tibbi ekspertiza ölüm səbəbinin boğulma olduğunu üzə çıxarıb.
Qeyd edək ki, dekabrın 16-da "Apotex" əczaçı şirkətinin sahibi milyarder Barri Şerman və onun həyat yoldaşı Xani Şerman Torontodakı evlərində ölü tapılıblar.
"Canadian Business" dərgisi bundan əvvəl B.Şermanı Kanadanın ən zəngin sakinlərinin siyahısına daxil edib.