<b>Məktəb avtobusu dərəyə aşdı, 34 ölü</b>
06 may 2017 22:24 (UTC +04:00)

Məktəb avtobusu dərəyə aşdı, 34 ölü

0

Tanzaniyada ibtidai sinif şagirdlərini daşıyan avtobus dərəyə yuvarlanaraq, ağaca çırpılıb. APA-nın “Sky News”-a istinadən verdiyi xəbərə görə, qəza Karatu rayonunda qeydə alınıb.

 

Polisin məlumatına görə, qəza nəticəsində 34 nəfər ölüb, 4 nəfər xəsarət alıb.

 

Məlumata görə, ölənlərdən üçü müəllim, biri sürücü, qalanları uşaqlardır.

 

Qəzanın səbəbləri araşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 354

Oxşar yazılar