[b]Meksikada zəlzələ qurbanlarının sayı 230-a çatdı[/b]
21 sentyabr 2017 03:12 (UTC +04:00)

[b]Meksikada zəlzələ qurbanlarının sayı 230-a çatdı[/b]

0

Meksikada baş verən zəlzələ nəticəsində ölənlərin sayı 230 nəfərə çatıb.

 

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə ölkənin Mülki Müdafiə Qüvvələrinin Milli Koordinatoru Luis Felipe Puente özünün “Tvitter”ində yazıb.

 

“Paytaxt Mexikoda ölənlərin sayı 100-ə çatıb. Təbii fəlakət qurbanların ümumi sayı 230 nəfərdir”, Peunte qeyd edib.

 

Sentyabrın 19-da Meksikada 7,1 bal gücündə zəlzələ olub. Son iki sutka ərzində ölkə ərazisində 10-dan çox yeraltı təkan qeydə alınıb. Təbii fəlakət  nəticəsində ölənlərin xatirəsinə ölkədə 3 günlük matəm elan edib.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 423

Oxşar yazılar