Kiyev məhkəməsi Odessa vilayətinin sabiq başçısı və Gürcüstanın eks-prezidenti Mixeil Saakaşvili barəsində ev dustaqlığı qətimkan tədbirinin seçilməsi ilə bağlı vəsatəti təmin etməyib.
APA-nın “112 Ukrayna”ya istinadən verdiyi xəbərə görə, hakim Saakaşvilini Ali Rada deputatlarının zaminliyi ilə sərbəst buraxıb.
Məhkəmənin növbəti iclası dekabrın 14-də keçiriləcək.
Qeyd edək ki, Mixeil Saakaşvili dekabrın 8-də Kiyevdə saxlanılıb. O, Ukrayna Cinayət Məcəlləsinin 256-cı maddəsinin birinci hissəsi (cinayətkar təşkilatların üzvləri ilə işbirliyi və onların cinayət əməllərinin gizlədilməsi) ilə ittiham olunur.