<b>Maşını piyadaların üstünə sürən terrorçu öldürüldü</b>
18 avqust 2017 20:56 (UTC +04:00)

Maşını piyadaların üstünə sürən terrorçu öldürüldü

Ötən gün Barselonada avtomobili piyadaların üzərinə sürən terrorçu Kambrils şəhərində polis tərəfindən məhv edilib.

 

APA-nın xəbərinə görə, bu barədə “El País” qəzeti polis mənbələrinə istinadən məlumat verib. Bundan əvvəl İspaniya KİV-ləri insanların üzərinə maşını sürənin Mərakeş əsilli Musa Ukabir  olduğu barədə məlumat yayıb.

 

Ötən gün Barselonanın mərkəzində  naməlum şəxs idarə etdiyi yük maşınını kütləyə çırpıb. Sürücü hadisə yerindən qaçmağa müvəffəq olub.

 

Daha sonra Kambrils şəhərində terrorçular idarə etdikləri yük maşınını piyadalın üzərinə sürüblər. Son məlumatlara əsasən, İspaniyada törədilən terror aktları nəticəsində 14 nəfər ölüb, 130 nəfər yaralanıb.  Polis Kambrils şəhərində 5 terrorçunu zərərsizləşdirib, 4 nəfər saxlanılıb. Hadisəyə görə məsuliyyəti İŞİD üzərinə götürüb.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 196
avatar

Oxşar yazılar