Alimlər Marsın cənub qütbündə buzlaqların 20 kilometr dərinliyində göl tapıldığını elan ediblər.
Lent.az-ın “qafqazinfo”ya istinadən xəbərinə görə, bu, Marsda daimi su mənbəyi tapılmasına aid ilk fakt olaraq tarixə keçib. Bundan əvvəlki araşdırmalar zamanı Marsda su tapılmasına dair bəzi işarələrə rast gəlindiyi bildirilmişdi.
Göl yataqlarının keçmişdə Marsın səthində olması ehtimal edilir. Alimlər daimi su mənbəyinin mövcudluğu təsdiq edilərsə, Marsda yaşayış olması məsələsinin yenidən gündəmə gələcəyini bildirirlər.