[b]MAN “Mercedes"lə toqquşdu: 9 ölü [/b]
28 fevral 2018 01:59 (UTC +04:00)

[b]MAN “Mercedes"lə toqquşdu: 9 ölü [/b]

0

Başqırdıstanda mikroavtobusun yük maşını ilə toqquşması nəticəsində 9 nəfər ölüb. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, qəza İqlinsk rayonu ərazisində, M-5 magistral yolunun 1548-ci kilometrliyində baş verib.  

 

Məlumata görə, MAN markalı yük maşını ilə “Mercedes Sprinter” markalı mikroavtobus toqquşub. Mikroavtobusda 12 sərnişin olub.

 

Qəza nəticəsində xəsarət almış 3 nəfər xəstəxanaya çatdırılıb.

 

Qəzanın səbəbləri araşdırılır.  

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
0
# 405

Oxşar yazılar