E.Şevardnadze 1928-ci il yanvarın 25-də Quriyada, Mamati kəndində müəllim ailəsində anadan olub. Lent.az-ın məlumatına görə, Tbilisi tibb texnikumunun məzunu olan E.Şevardnadze 1960-cı ildə Kutaisidə Pedaqoji İnstitutun tarix fakültəsini bitirib.
1968-72-ci illər aralığında Gürcüstan SSR-nin daxili işlər naziri vəzifəsində çalışıb. Sosialist Əməyi qəhrəmanıdır.
1972-ci ildə Gürcüstan Mərkəzi Komitəsinin birinci katibi olub. 1985-ci ildə ildə SSRİ-nin xarici işlər naziri olan Andrey Qromıkonun yerinə gətirilib. 1990-cı ildə vəzifəsindən istefa verib. 1991-ci ilin 19 noyabrından 25 dekabrına qədər xarici işlər naziri postunda qısa müddət çalışıb.
E.Şevardnadze 1992-ci ildə müstəqil Gürcüstanın ilk prezidenti Zviad Qamsaxurdiyanın devrilməsiylə iqtidara gəlib. 1995 və 2000-ci illərdə keçirilmiş prezident seçkilərində qələbə qazanıb.1995 və 1998-ci illərdə E.Şevardnadzeyə qarşı sui-qəsd təşkil olunub.
2003-cü ildə “Qızılgül” inqilabından sonra hakimiyyətdən gedib. İstefasından sonra bağ evində yaşayırdı. Memuar yazırdı.