Fələstin prezidenti Mahmud Abbas ABŞ-ın vitse-prezidenti Maykl Penslə görüşməkdən imtina edib. APA-nın “Reuters”ə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstinin XİN rəhbəri Riyad Əl Maliki bildirib.
“Biz ərəb qardaşlarımız və beynəlxalq ictimaiyyətin sıralarından iki ölkə arasında qərara nail olmaqda yardım göstərə biləcək yeni vasitəçi axtaracağıq”, - deyə Əl Maliki qeyd edib.