<b>Madrid: Kataloniya liderinin bəyanatı yolverilməzdir </b>
11 oktyabr 2017 02:48 (UTC +04:00)

Madrid: Kataloniya liderinin bəyanatı yolverilməzdir

İspaniya hökuməti Kataloniya rəhbəri Karles Puçdemonun bölgənin müstəqilliyinə dair bəyanatını yolverilməz hesab edir. APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə “Efe” agentliyi məlumat yayıb.

 

“Müstəqilliyin üstüörtülü elan edilməsi, daha sonra isə açıq-aşkar dayandırılması yolverilməzdir”, - deyə hökumətdəki mənbə bildirib.    

 

Hökumət nümayəndəsi Kataloniya rəhbərinin bəyanatının qanunsuz olduğunu, onun əsaslandığı referendum haqqında qanunun isə İspaniya Konstitusiya Məhkəməsi tərəfindən qüvvədən salındığını xatırladıb.  

 

Xəbər verildiyi kimi, Kataloniya rəhbəri Karles Puçdemon, onun müavini Oriol Junkeras, region parlamentinin spikeri Karme Forkadel və deputatları müstəqillik haqqında bəyannaməni imzalayıblar.    

 

Karles Puçdemon bundan əvvəl parlamenti müstəqillik elan etməyi dayandırmağa çağırıb. O bu barədə Kataloniya parlamenti qarşısında çıxışı zamanı bildirib.

 

K.Puçdemon razılaşdırılmış qərarın qəbul edilməsi üçün rəsmi Madridlə dialoqa başlamağın lazım olduğunu qeyd edib.

 

Bununla belə o vurğulayıb ki, səsvermənin nəticələri regionun müstəqil respublika olmasına haqq qazandırıb. Onun sözlərinə görə, Madrid Barselona ilə danışıqlar zamanı referendumun nəticələrini nəzərə almalıdır.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 252
avatar

Oxşar yazılar