[b]Macarıstan Ukrayna-NATO sammitinə veto qoydu[/b]
28 oktyabr 2017 00:13 (UTC +04:00)

[b]Macarıstan Ukrayna-NATO sammitinə veto qoydu[/b]

Macarıstan hökuməti  Ukrayna-NATO sammitinin çağırılmasına veto qoyub.

 

APA-nın xəbərinə görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Siyarto bildirib.

 

Nazirin bəyanatı Macarıstan XİN-in rəsmi saytında yerləşdirilib.

 

Bəyanatda qeyd olunur ki, Ukraynanın təhsil haqqında qanunu etnik azlıqların hüquqlarını pozur.

 

“Macarıstanın vetosunu nəzərə almamaq mümkün deyil, çünki NATO sammitinin çağırılması üçün quruma üzv olan ölkələrin yekdil qərarı gərəkdir”, bəyanatda vurğulanıb.

 

Qeyd edək ki, sentyabrın 5-də Ukrayna Ali Radası tərəfindən “Təhsil haqqında” qəbul edilən qanunu ayın 25-də prezident P.Poroşenko təsdiqləyib. Qanun etnik azlıq nümayəndələri olan şagirdlərin yalnız 5-ci sinfədək  ana dilində oxumalarını, bundan sonra təhsillərini yalnız Ukrayna dilində davam etdirmələrini nəzərdə tutur.

1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 178
avatar

Oxşar yazılar